19.10.2024, 06:16
AZ EN
14.04.2023, 21:18 211

Misir qəzeti: Azərbaycan Nikol Paşinyanın iddialarını rədd edib

XƏBƏRLƏR
  • Misirin “Al Masr Al Youm” qəzetində “Azərbaycan Nikol Paşinyanın iddialarını rədd edib” sərlövhəli material dərc olunub.

Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 13-də hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmasını, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsini tamamilə əsassız və qəbuledilməz adlandırıb.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan XİN-in sözçüsü Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Ermənistan baş nazirinin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlamasının bir sıra qərəzli məqamları ehtiva etdiyini bildirib. Rəsmi Bakı Nikol Paşinyana xatırladıb ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan təcavüzün nəticəsində 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri işğal edilib. Bununla yanaşı, Ermənistanın üçtərəfli Bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrini çıxarmaması və səkkiz Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməlidir.

Materialda qeyd olunub ki, rəsmi Bakı Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsini və bu ərazilərdən qüvvələrini geri çəkməməsini onun sülh prosesində maraqlı olmamasının bariz nümunəsi kimi xarakterizə edib. Eyni zamanda, erməni tərəfi Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir. Həmin məhkəmə ermənilərin iddiasını rədd edib.("AZERTAC")

Oxşar xəbərlər