Fransada pensiya islahatını Konstitusiyanın 49,3 maddəsi ilə qəbul edildikdən sonra hökumətə qarşı qəzəb səngimir. Parisdə, eləcə də digər şəhərlərdə polis və nümayişçilər arasında toqquşma baş verib. Bir çox şəhərdə polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.
Parisdə 27 nümayişçi saxlanılıb, 10 min yoxlama aparılıb.
Fransa paytaxtında Eyfel qülləsi, Versal sarayı, Zəfər tağı kimi abidələr işçilərinin tətil etdiyindən bağlı olub. Nümayişin sonunda aprelin 6-ı 11-ci səfərbərlik günü elan edilib.
Baş nazir Elizabet Born həmkarlar ittifaqlarını aprelin 4-də və ya 5-də danışıqlara dəvət edib. (AZƏRTAC)