21.11.2024, 23:47
AZ EN
24.04.2022, 07:00 358

Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb

XƏBƏRLƏR
  • Türkiyə Rusiyadan Suriyaya uçan təyyarələr üçün hava məkanını bağlayıb.  Ölkə mediasının yaydığı məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hava məkanı həm hərbi, həm də mülki aviasiya üçün bağlanıb. Nazir qeyd edib ki, sözügedən uçuşlar üçaylıq icazələr əsasında həyata keçirilib.

"Aprelə qədər verilmiş icazə vaxtı bitib. Hazırda uçuşlar dayandırılıb", - M.Çavuşoğlu vurğulayıb.

Oxşar xəbərlər