21.11.2024, 20:22
AZ EN
19.04.2022, 17:00 332

Erməni müxəlifəti sülh müqaviləsini ləngitməyə çalışır - XƏBƏRLƏR

XƏBƏRLƏR

Nikol Paşinyanla Şarl Mişelin telefon danışığı olub

Ermənistan Respublikası Hökumətinin mətbuat xidməti xəbər verir ki, aprelin 18-də N.Paşinyanla Aİ-nin prezidenti Ş.Mişel arasında telefon danışığı olub. Onlar aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilmsinin gedişi, bölgədə yaranmış vəziyyət, Ermənistan və Aİ-nin münasibətləri və s. barədə danışıblar. N.Paşinyan və Ş.Mişel həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistana 2,6 milyard avro vəsait ayrılması şərtlərinin yerinə yetirilməsi barədə fikir mübadiləsi aparmış, bu yardım paketində nəzərdə tutulmuş proqramın səmərəli həyata keçirilməsinin mümkünlüyü barədə fikirlərini bölüşüblər. Ş.Mişel Ermənistan üçün ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli istifadə olunacağına əminliyini bildirib.

 

Küçə siyasətçiləri fürsət gözləyir

“Hraparak” qəzetinin 19 aprel tarixli “Mandatdan imtina edilməməsinin səbəbləri” sərlövhəli məqalədə bildirilir ki, hələ növbədənkənar seçkidən əvvəl ictimaiyyət bəzi siyasilərin mandatdan imtina edəcəkləri barədə fikir mübadiləsi aparırdı. Son aylarda isə məlum olmuşdur ki, müxalifət parlamentidə demək olar ki, heç nəyi həll etmir və hansısa qərar qəbul etdirmək gücündə deyil. Belə olduğu halda mandatları saxlamağın mənası nədir? Əldə etdiyimiz məlumata görə, müxalif deputatlar küçə mübarizəsinə başlamazdan əvvəl mandatdan imtina edib-etməməyi müzarirə etmiş və bildiriblər ki, parlamentdə Paşinyanın istefasını tələb etmək üçün deputat səlahiyyətlərindən istifadə etmək olar. Parlamentin “Badiv unem” fraksiyasının katibi Hayk Maşıcanyan qəzetin əməkdaşı ilə söhbət zamanı bildirib ki, mandatların təhvil verilməsi söhbəti hələ avqust ayından başlamışdı. Amma proseslər yenə də gözləməyi tələb edir. Əlverişli şərait yarananda ya hakimiyyətin istefasına nail olacağıq, ya da mandatlardan imtina edib parlamentin buraxılmasına çalışacağıq.

 

Aksiya davam edir

Ermənistan parlamentinin “Badiv unem” fraksiyasının rəhbəri Artur Vanetsyanın çağırışı ilə artıq üçüncü gündür ki, etiraz aksiyası keçirən müxalifət tərəfdarları bu aksiyanın davamlı olacağı barədə düşünürlər.   A.Vanetsyan 24 NEWS-ə verdiyi müsahibədə bildirib ki, hadisələrin inkişafı Paşinyanın aprelin 19-da Putinlə görüşündən sonra məlum olacaqdır. O, ABŞ və Aİ-nin də Azərbaycanla sülh müqaviləsinin bağlanmasının tərəfdarı olduğunu bildirib. A.Vanetsyan deyib: “Mən demirəm ki, onları qovub özüm hakimiyyətə gəlim. Əsas məqsədimiz “artsaxdır”.

Azərbaycanla sülh müqaviləsinin yalnız separatçı qurumun statusu həll edildikdən sonra bağlanmasını söyləyən bu fərari əks təqdirdə fasiləsiz mitinqi davam etdirəcəklərini bildirib. Jurnalistin növbəti sualına cavab olaraq isə bildirib ki, istədiklərinə nail olmayana qədər parlamentin iclaslarında iştirak etməyəcək, küçə mitinqlərini respublikanın başqa şəhərlərində də keçirəcəklər. 

 

N.Paşinyan 2 gün Rusiya Federasiyasında səfərdə olacaq

Aprelin 19-da günorta Ermənistanın baş naziri N.Paşinyan Rusiya Federasiyasına 2 günlük səfərə gefib. Ermənistanın baş nazirini hava limanında Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. N.Paşinyan səfər çərçivəsində Rusiya Federasiyasının prezidenti V.Putinlə görüşəcək. Onlar erməni-rus hərbi və müttəfiqlik münasibətlərinin gələcək inkişafına dair məsələləri müsakirə edəcək, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsinin gedişi barədə danışacaqlar.

N.Paşinyan aprelin 20-də Rusiyanın baş naziri Mixail Mişustlin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiya Şurasının sədri Valentina Matveyenko ilə görüşəcək.

Baş nazirin Nijni Naqoroda səfəri də nəzərdə tutulur.

 

Şarl Mişel Nikol Paşinyanın səylərini bəyənir

Aİ-nin rəhbəri Ş.Mişel Ermənistanın baş naziri N.Paşinyanla bir gün əvvəlki telefon danışığı barədə münasibət bildirib. O, özünün Tvitter səhifəsində belə yazıb ki, Baş nazir N.Paşinyanla Brüsseldəki son müzakirələrimizin davamı olaraq söhbət etdik. Onun Cənubi Qafqazda sabitliyə yönəlmiş sülh, əmin-amanlıq, təhlükəsizlik sahəsində səylərini bəyənirəm.

 

Ermənilər “Qırmızı xətt” aksiyası keçirirlər

24 NEWS kanalında yayılan videoçarxda göstərilir ki, 5165 hərəkatı Yerevan şəhərinin mərkəzində “Qırmızı xətt” adlı aksiyaya başlayıb. Aksiyada məqsəd N.Paşinyanın istefasına nail olmaqdır. Hərəkat həmçinin Ermənistan Parlamentinə yazılı müraciət göndərərək Azərbaycanla sülh müqaviləsi imzalanmasını təxirə salınmasını tələb edib. Bildiriblər ki, Ermənistanın parlamenti “artsax”ın müstəqilliyini tanısın və onun beynəlxalq aləmdə tanınmasına nail olmağa çalışsın. Müraciətdə deyilir ki, Ermənistanın, “artsax”ın vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza müraciət edirik ki, Ermənistan Respublikasının “artsax”ın müstəqilliyini tanıması istiqamətində işlər görsünlər və buna Azərbaycanla bağlanacaq sülh müqaviləsinə qədər nail olsunlar.  

Oxşar xəbərlər