25.06.2025, 22:31
AZ EN
12.04.2022, 08:00 407

Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblər

XƏBƏRLƏR

Ermənistanın Gorus icmasında, Sisian rayonunda yüzlərlə “Kalaşnikov” avtomatı, o cümlədən qumbaraatan, habelə xeyli sayda sursat polis əməkdaşlarına təhvil verilib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, silah-sursatlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun tabeliyində olub, lakin ayrı-ayrı şəxslər tərəfindən oğurlanıb. Silahlar Ermənistanın ayrı-ayrı rayonlarına Qarabağdan işğal dövründə gətirilib.

Polis vətəndaşlara cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz silah və sursatları könüllü olaraq təhvil verməyə çağırıb. ("Report")

Oxşar xəbərlər