19.10.2024, 06:20
AZ EN
12.11.2022, 14:00 192

R,T.Ərdoğan: "Türk dövlətləri arasındakı əməkdaşlıq öz gücünü tarixi qardaşlıq bağlarından alır"

XƏBƏRLƏR
  • Türk dövlətləri arasındakı əməkdaşlıq öz gücünü tarixi qardaşlıq, ortaq mədəniyyət, həmrəylik, dil və adət-ənənə bağlarından alır.

Bunu şənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarına cavabında deyib. "Əvvəlki dövrdə sədrlik etdiyimiz İstanbul Zirvəsi əslində türk dövlətləri üçün dönüş nöqtəsi oldu. Bu sammitlə biz Türk Şurasını Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq təşkilata çevirdik. Türk Dövlətləri Təşkilatı uğurlu əməkdaşlıq platforması kimi özünü sübut etdi və regionda, dünyada çəkisi artır", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. ("Trend")

Oxşar xəbərlər