22.11.2024, 12:37
AZ EN
06.11.2022, 12:00 569

Dünyada koronavirusa yoluxanların sayı 632 milyon nəfəri ötüb

XƏBƏRLƏR
  • Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 632,43 milyona çatıb. Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, virusun yayılmasının başlanğıcından indiyədək 6,6 milyon insan COVID-19 infeksiyasının nəticələrindən dünyasını dəyişib.

Virusa 30 milyondan çox yoluxmanın olduğu ölkələr ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır.

“Worldometer” portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 847,4 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 276, Hindistanda 376, Fransada 2 397, Braziliyada 3 186, Almaniyada 1 831 nəfər ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Oxşar xəbərlər