İnsan tərəfindən kosmosun tədqiqində atılacaq növbəti addımlar daha uzun müddətə kosmosda qalmağı və daha uzaq məntəqələrə səyahətləri əhatə edəcək. ESA mütəxəssislərinin fikrincə, bu təşəbbüslərin uğur qazanmasının əsas şərti Yer kürəsindən asılı olmayan infrastrukturun yaradılması olacaq.
Şübhəsiz ki, bu ideya olduqca həyəcanvericidir, lakin insanların onu cəmi 15 il ərzində gerçəkləşdirməsi üçün qarşıda böyük bir iş durur. Nəzərə almaq lazımdır ki, NASA və İlon Maskın “SpaceX” şirkəti qarşıdakı 20 il ərzində insanları Marsa göndərməyi planlaşdırsa da, mövcud kosmik gəmilərdən heç biri bu səfərə hazır deyil. (AZƏRTAC)