Qəzetin sorğusuna MN belə cavab verib: “Hazırda zəruri dəqiqləşdirmə, müqayisə və təhlil işləri aparılır ki, bunların da nəticəsində müvafiq məlumat təqdim olunacaqdır”. “Joxovurd” yazır: “Ermınistanın suveren ərazilərinə silahlı təcavüzdən 17 gün keçməsinə baxmayaraq, Müdafiə Nazirliyi hələ də təhlil aparır”.
Qəzet əlavə edir ki, Fransanın Ermənistandakı səfiri Ann Luyo Geqarkunik vilayətində olarkən Ermənistan sərhədləri barədə baş qərargah rəisi Arakel Martikyana verdiyi suala “qeyri-müəyyən” cavab alıb. “Maraqlıdır, niyə Müdafiə Nazirliyi gerçəkliyi gizlədir?” qəzet sual verir...
"Vətən səsi"nin şərhi: Bəs Azərbaycan nə deyir? Gəlin, sərhədlərimizi tanıyaq...