16.04.2024, 20:51
AZ EN
29.09.2022, 17:45 343

Rusiya XİN Ermənistanın KTMT-dən çıxacağı iddialarına münasibət bildirib

XƏBƏRLƏR
  • Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı iddialarına münasibət bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ayrı-ayrı siyasi xadimlər tərəfindən KTMT-nin ünvanına səsləndirilən əsassız tənqidlər qarşılıqlı sərfəli qərarların qəbul edilməsinə fayda gətirmir.

Rusiya XİN rəsmisi bu gün, sentyabrın 29-da KTMT Baş katibi Stanislav Zasın İrəvanda səfərdə olduğunu xatırladıb: “Stanislav Zas Ermənistan Baş naziri Paşinyana Ermənistanın təklifi ilə 15-23 sentyabr tarixində baş tutmuş KTMT missiyasının işinin yekun qiymətləndirmələrini təqdim edəcək. KTMT Baş katibinin rəhbərlik etdiyi missiya ekspertlərlə birlikdə Ermənistan-Azərbaycan sərhədində olublar, yerdəki vəziyyəti qiymətləndiriblər. O ki qaldı İrəvan tərəfindən KTMT-nin Qazaxıstanda keçirilən hərbi təlimlərinə hərbi kontingent göndərməmək qərarına, düşünürəm ki, bu məsələdə Ermənistan özü və silahlı qüvvələri qarşısında duran vəzifələrdən hazırkı vəziyyəti nəzərə alaraq çıxış edir. Bu, onun suveren hüququdur”. (APA)

Oxşar xəbərlər