01.07.2025, 19:39
AZ EN
12.05.2025, 10:58 272

Roma Papası gerbini və şüarını açıqlayıb

XƏBƏRLƏR
  • Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Avqustin köklərini aydın şəkildə əks etdirən gerbini və şüarını açıqlayıb.

Roma Papasının gerbi onun Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri – xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir.

XIV Leo, eyni zamanda, Avqustin ənənəsini əks etdirən şüar da seçib: “O bir olanda biz də birik”. Bu ifadə Müqəddəs Avqustinin “127-ci Məzmur haqqında şərh” adlı əsərindən götürülüb. Orada o izah edir ki, “biz xristianlar çox olsaq da, bir Məsihdə birik”.

Xatırladaq ki, Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr Meydanında və ətrafında isə 250 min insanın toplanması gözlənilir. (AZƏRTAC)

Oxşar xəbərlər