22.11.2024, 09:08
AZ EN
17.09.2022, 16:15 390

Qazaxıstanın paytaxtının adı yenidən Astana olub

XƏBƏRLƏR
  • Qazaxıstan paytaxtının adı dəyişdirilib və yenidən Astana adlandırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, 1997-ci ilə qədər Qazaxıstanın paytaxtı Almatı şəhəri olub. Həmin il ölkənin mərkəzi şəhəri Akmolaya köçürülüb. 1998-ci ildə paytaxtın adı dəyişdirilib və Astana adlandırılıb. 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. 

Xatırladaq ki, N.Nazarbayev 1991-2019-cu illərdə Qazaxıstana rəhbərlik edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR