Belə ki, məşhur biznesmen və sərmayəçi İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ilə bağlı araşdırılma aparılıb-aparılmaması barədə paylaşımı retvit edib. Paylaşımda deyilir: “Nensi Pelosinin illik maaşı 174.000 dollardır, onun xalis gəliri 240 milyon dollardır. DOGE araşdırma aparmalıdırmı?”.
“Caliber.az”ın bu barədə yaydığı məlumatda bildirilir ki, əslində, bu, yersiz bir sual deyil. Pelosinin gah Ermənistana, gah da Tayvana müəmmalı səfərləri bu sualın cavabna aydınlıq gətirə bilər. Yada salaq ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev Nensi Pelosinin 2022-ci ildə İrəvana səfərinin erməni vergi ödəyicilərinə 120 milyon dollara başa gəldiyini bildirmişdi. Onun sözlərinə görə, Vaşinqtondakı erməni lobbiçiləri Ruben Vardanyanın bankı vasitəsilə Ermənistanın dövlət xəzinəsindən 75 milyon dollar alıblar ki, bunun da 50 milyon dolları Demokratlar Partiyasına birdəfəlik töhfədir, qalan 25 milyon dollar isə uçuş və təhlükəsizlik rejimi ilə 72 saatlıq səfərə görə ödənişdir.
Onu da xatırladaq ki, keçən il ABŞ-nin Miçiqan ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Pelosi haqqında demişdi: “O, qəribə bir insandır, qəzəblidir, xəstədir, dəlidir... oh, yox! Söz "q" hərfi ilə başlayır, amma bunu deməyəcəyəm! Hərçənd demək istəyirəm”.