Ukraynada hər bir məcburi köçkün ayda 2 min qrivna alacaq. Məcburən daha təhlükəsiz yerə köçən hər bir uşağa isə 3 min qriven ödənəcək (hazırda 1 qrivna 66,2 ABŞ dollarına bərabərdir).
UNİAN informasiya agentliyinin yaydığı məlumata görə, Baş nazir Denis Şmıqal videomüraciətində bunu bəyan edib. O deyib: “Pul yardımları fəal döyüş əməliyyatları rayonundan çıxan hər kəsin bank kartına, heç bir əlavə sənəd tələb edilmədən, “Дія” vasitəsilə köçürüləcəkdir”.
UNİAN-nın məlumatına görə, bundan əvvəl Ukrayna Nazirlər Kabineti adambaşına 6500 qrivna ödənilməsini nəzərdə tutuan xüsusi proqram reallaşdırmağa başlayıb. Bu məbləği almaq üçün fəal döyüş əməliyyatlarının aparıldığı ərazilərin muzdla işləyən və fiziki şəxs - sahibkar olan sakinləri müraciət edə bilərlər.
Qeyd edək ki, “Дія” (“Derjava i ya” – “Dövlət və mən”) Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin işləyib hazırladığı elektron dövlət xidmətləri servisidir.