Bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib.
Qeyd edilib ki, onlar Olimpiada halqalarının olduğu yerlərdə çadır qurublar. Etirazçılar Emmanuel Makron hökumətinə mənzillə təmin olunma tələbi ilə bağlı çağırış ediblər. Bildiriblər ki, hökumətdən sadəcə ləyaqətlə yaşamaq üçün mənzil istəyirlər.
Süjetdə vurğulanıb ki, ancaq Fransa hökuməti onların çağırışına əhəmiyyət verməyib. Əvəzində isə polis etirazçılara mane olmağa çalışıb. Etirazçılar polisə müqavimət göstərə bilməyiblər. Onlar sadəcə çadırların yığılmasını izləyiblər. (Report)