08.09.2024, 07:03
AZ EN
08.07.2024, 15:32 241

İspan qəzeti: Makronun ciddi siyasi səhvi Fransanı qeyri-sabitliyə sürükləyir

XƏBƏRLƏR
  • 2017-ci ildə ilk dəfə və 2022-ci ildə yenidən prezident seçilən Emmanuel Makronun milli və beynəlxalq miqyasda nüfuzu heyrətamiz səviyyələrə enib. O, Yupiterdən tutmuş İkara qədər yol qət edərək, nəhayət ki, gələcək təhlükəsizliyi və Avropanın siyasi quruluşunu təhdid edən bir növ narsist Nerona çevrilib.

Bu barədə İspaniyanın “ABC” qəzetinin onlayn portalı yazır. “Qanunverici orqana növbədənkənar seçkilər təyin etmək və həlledici ikinci tur keçirmək qərarından sonra Makron indi Beşinci Respublika tarixində özünü ən yöndəmsiz vəziyyətə salıb”, -deyə qəzet qeyd edir.

Bütün solçu partiyaları birləşdirən “Yeni xalq cəbhəsi” (NFP) koalisiyasının tarixi qələbəsi Makronu onun prezidentliyinə qarşı antaqonist mövqeləri müdafiə edən qüvvələrlə birgə fəaliyyətə məcbur edir.

“ABC” yazır ki, Le Pen və onun tərəfdarlarına qələbə qazandıran Avropa Parlamentinə keçirilən son seçkilərdən sonra Emmanuel Makron karyerasının ən fəlakətli siyasi səhvinə yol verib: o, ikiqat fəlakətli nəticələrə səbəb olan qanunverici orqana erkən seçkilər təyin edib. Fransa hələ də üç böyük bloka - ifrat sağçı, ultrasolçu və makronçulara bölünüb. Beləliklə, Yupiter və İkar Fransanı yandıran Nerona çevrilib.

Qəzet daha sonra vurğulayıb: “Makron alovlanan mina sahəsinə çevrilməsinə kömək etdiyi Fransada daha nələr edə bilər? İstefa? Bu, yeni və daha ciddi fəlakət olacaq. Yeni solçu hökumətə müqavimət göstərmək və ya dirənməyə çalışmaq? Bu real həll, deyəsən, institutları daimi döyüş meydanlarına çevirmək üçün nəzərdə tutulub”.

“ABC” yazır ki, seçkilərin nəticələrindən sonra ortaya çıxan hazırkı siyasi ssenaridə Makron yalnız qan, tər və göz yaşı gözləyə bilər: “O, qərarları imzalamaqdan imtina edə bilər, lakin yeni hökumət qanunvericilik aktlarına müraciət edəcək ki, bu, öz növbəsində, konstitusiyaya zidd müraciətlərin sayını artıracaq. Bu böhran və qarşıdurma mühiti sonsuza qədər davam edə bilər. Makron isə Milli Assambleyanı bir ildən tez buraxa bilməyəcək”.

Almaniyanın ən nüfuzlu nəşrlərindən biri olan həftəlik “Die Zeit” isə yazır ki, Makronun təhlükəli narsissizmi ən böyük demokratiyalar – Avropa və Fransa üçün təhlükəyə çevrilib. (AZƏRTAC)

Oxşar xəbərlər