10.10.2024, 14:31
AZ EN
04.07.2024, 13:30 264

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

XƏBƏRLƏR
  • Fransanın daxili işlər naziri Jerald Darmanen növbədənkənar parlament seçkilərindən sonra hökuməti tərk etmək qərarına gəlib.

France 2 telekanalı xəbər verir ki, Jerald Darmanen solçuların və makronistlərin (Fransa Prezidenti Emmanuel Makron tərəfdarları) ittifaqında iştirak etmək niyyətində olmadığını deyib. O, seçdiyi dairənin əhalisinin maraqlarını təmsil etmək üçün deputat kimi fəaliyyət göstərməyə üstünlük verdiyini bildirib.

2020-ci ildən Daxili İşlər Nazirliyinə rəhbərlik edən 41 yaşlı Jerald Darmanen istefa verəcəyini elan edən ikinci nazirdir. Ondan öncə analoji qərar 2017-ci ildən hökumətin iqtisadi blokuna rəhbərlik edən 55 yaşlı maliyyə naziri Bruno Le Mer tərəfindən verilib. Eyni zamanda, həm Jerald Darmanen, həm də Bruno Le Mer 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştiraklarını istisna etmirlər. Belə ki, Fransa konstitusiyasına əsasən, Emmanuel Makron dövlət başçısı postuna üçüncü müddətə seçilə bilməz. (AZƏRTAC)

Oxşar xəbərlər