23.11.2024, 01:04
AZ EN
17.05.2024, 10:19 298

"Vindzor Kral Atçılıq Şousu”nda şam yeməyi Azərbaycana həvalə olunubmuş...

XƏBƏRLƏR
  • Böyük Britaniyada bu günlərdə keçirilmiş “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan nümayəndə heyətinin çıxışları uğurla qarşılanıb.  Nümayəndə heyətimiz bu möhtəşəm tədbirdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə iştirak edib.

Bu il tədbir çərçivəsində, həmçinin, ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılıb. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.

Gecədə növbəti dəfə Azərbaycandan “Mangal Zuğulba və Zuğulba saray” komandasına yarışın şam yeməyinin təşkili həvalə olunub.

Ziyafətdə kral II Çarlzın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycandan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin başqa mötəbər qonaqlar qatılıblar. Gecədə komandaya “Manqal Zuğulba” və “Zuğulba saray” restoranlarının rəhbəri Namik Məmmədov və baş aşpaz Oktay Cəfərov başçılıq ediblər.

Şahzadə Edvard ziyafətdən çox razı qalıb və ölkəmizin təamlarının çox ləzzətli olduğunu söyləyib. Bu barədə səfirlik X səhifəsində də təşəkkür paylaşımı edib.

Oxşar xəbərlər