Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O, Rusiya tərəfinin rəsmi Ankara və İrəvan arasında münasibətlərin nomallaşdırılmasına dəstək verdiyini vurğulayıb: “Biz əlimizdən gələn köməyi göstərməklə Ermənistan-Türkiyə dialoqunu bundan sonra da dəstəkləməyə hazırıq. Bu, regionun iqtisadi inkişafı baxımından əhəmiyyətlidir”.
XİN rəsmisi Rusiyanın bundan əvvəl də iki dövlət arasında münasibəıtlərin normallaşdırılmasına dəstək verdiyini xatırladıb. (Report)