ABŞ 2025-ci ildə Ermənistana 52 milyon dollar ayırmaq istəyir
XƏBƏRLƏR
ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistanda “iqtisadiyyat və demokratiyanın davamlılığının gücləndirilməsi” proqramları üçün 52 milyon dollar ayırmağı planlayır.
Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərinin birinci müavini Paloma Adams-Allen brifinqdə deyib.
Ağ Ev 2025-ci maliyyə ili üçün federal büdcə layihəsini ABŞ Konqresinə göndərib. (APA)