19.10.2024, 10:27
AZ EN
21.01.2024, 13:03 236

Britaniyada Yaxın Şərqdəki müharibədən sonra terror riski “görünməmiş” səviyyədədir

XƏBƏRLƏR
  • Böyük Britaniyada terror hücumları təhlükəsi İsrail və HAMAS arasında müharibə başlayandan bəri “görünməmiş” səviyyədədir.

Bunu Fox News-a London polis rəisinin köməkçisi Mett Jewkes bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra mümkün terror aktları ilə bağlı polisə edilən zənglərin sayı 25% artıb. Jewkes deyir ki, daha təhlükəli və qeyri-sabit bir dövrü xatırlamaq çətindir.

İsrail və HAMAS arasındakı müharibə islamçı ekstremistlər arasında "fövqəladə miqdarda" onlayn məzmun və dezinformasiya ilə təkan verən yeni radikallaşma dalğasını sürətləndirib. (APA)

Oxşar xəbərlər