19.10.2024, 00:22
AZ EN
21.06.2022, 14:00 426

Erməni deputat mandatdan imtina etdi

XƏBƏRLƏR

«Hraparak» qəzetinin bu günkü sayında dərc olunmuş «Artur Vanesyan bəyanat verəcək» sərlövhəli yazıda qeyd olunurdu ki, aprelin 17-dən mitinqlər keçirən erməni müxalifətinin funksionerlərindən olan «Vətən» partiyasının sədri, deputat Artur Vanesyan xalqa müraciət edəcək və müxalifətin gələcək fəaliyyəti barədə məlumat verəcəkdir. Artur Vanesyan bu gün saat 13-də «Hraparak» TV ilə çıxış edərək deputat mandatından imtina etdiyini və öz siyasi mübarizəsini parlamentdə deyil, başqa yerdə davam etdirəcəyini bildirib. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri proporsional qaydada keçirildiyindənArtur Vanesyanın əvəzinə deputatlığa namizədlər siyahısında olan növbəti şəxs parlamentdə təmsil olunacaqdır. İndiyədək davam edən mitinqlərin təşəbbüskarı olan Artur Vanesyan vaxtilə N.Paşinyanla silahdaş olub, 44 günlük müharibə zamanı yüksək vəzifədə çalışıb. Sonra isə işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və müxalifətin sıralarına qoşulub. Erməni müxalifət funksionerlərin İşxan Sağatelyanı lider kimi qəbul etməsi Artur Vanesyan və tərəfdarları tərəfindən narazılıqla qarşılanmışdır. Onu da qeyd edək ki, artıq bir neçə gündür ki, Paşinyan tərəfdarları İşxanı rişxəndlə Eşxan adlandırırlar və bu mətbuatda da özünə yer alıb.

Nəsib QARAMANLI

Oxşar xəbərlər