Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg”ə müsahibəsində deyib.
“Hazırda diqqətimizi Qərbdən kömək almağa yönəltmişik. Yaxın Şərqdəki duruma və digər səbəblərə görə onların fikri dəyişir. Dəstək olmasa, geri çəkiləcəyik”, - bildirib.
V.Zelenski həmçinin qeyd edib ki, Rusiya onu hakimiyyətdən kənarlaşdırmağa çalışır: “Əlimizdə bununla bağlı kəşfiyyat məlumatları var. Rusiya ölkəmizdə xaos yaratmağa hazırlaşır”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. V. Zelenski daha əvvəl söyləmişdi ki, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. (Report)