18.10.2024, 10:39
AZ EN
23.05.2022, 12:00 425

İstefa tələbi davam edir

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldən qayıtmasından sonra «Dirəniş» hərəkatının tələbləri daha da sərtləşib.

İrəvanın rəsmi KİV-lərində qeyd olunur ki, Paşinyan Şarl Mişellə təkbətək görüşü zamanı «Dağlıq Qarabağın statusu, təhlükəsizliyi» barədə məsələ qaldırıb. Amma müxalifətin ayrı-ayrı liderləri və onların nüfuz dairəsində olan KİV-lər bildirir ki, baş nazir növbəti yalanını danışır. Müxalif deputat Geğam Manukyan jurnalistlərə deyib ki, «üçtərəfli görüşdə «Dağlıq Qarabağ barədə söhbət getməyib və bu bir daha sübut edir ki, Paşinyan «arsax» məsələsini arxivə atıb».

«Dirəniş» hərəkatının lideri İşxan Sağatelyanın bir gün öncəki çağırışına cavab olaraq mayın 23-də səhər tezdən İrəvanda müxtəlif yerlərdə yollar kəsilib və yenidən «qırmızı beretlilər»lə aksiyaçılar arasında qarşıdurma baş verib. Bir neçə nəfər polis maşınlarına oturdularaq şöbələrə aparılıb. Metrostansiyada Ermənistanın bayrağına bürünərək «Nikol xaindir», «Nikolsuz Ermənistan» şüarları qışqıran bir neçə gənc oğlan və qız da onların arasındadır.

«Lurer.com» İnformasiya Agentliyinin məlumatına görə yol kəsmə əməliyyatları axşam saat 19:00-dək davam edəcək, sonra isə Fransa meydanında artıq ənənəyə çevrilmiş mitinq olacaqdır. N.Paşinyanın Brüssel səfəri «Qütb»ün də çox daha fəallaşmasına səbəb olub. Onun liderlərindən olan Vahe Qasparyan bildirib ki, nə Rusiya, nə də Avropa İttifaqı indiki halda konkret iş görmək iqtidarında deyil. Rusiyanın başının müharibəyə qarışdığını, Avropa İttifaqının isə münaqişəni həll etmək üçün mandatının olmadığın deyən V.Qasparyan yeganə çıxış yolu kimi g\östərir ki, hamı bir nəfər kimi ayağa qalxmalı, Paşinyanın istefasına nail olunmalıdır. V.Qazaryan soyadlı politoloq da bu mövqeyi bölüşür və əlavə edir ki, nə Azərbaycan, nə də Ermənistan Avropa İttifaqının üzvü deyillər. Onlar yalnız Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bu beynəlxalq birliklə münasibətlər qurub. Avropaya Ermənistandan çox Azərbaycanın gərəkli olduğunu bildirən Qazayan «N.Paşinyan başını aşağı salıb İ.Əliyevin tələblərini yerinə yetirir», - deyə bu münaqişədə Azərbaycanın qalib tərəf olduğunu vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər