Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı qonşu ölkələrə qaçıb.
Vurğulanıb ki, 20 milyondan çox sudanlı ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib və 6 milyondan çoxu, yəni əhalinin təxminən 13%-i indi aclığın bir addımlığındadır. (Report)