19.10.2024, 04:56
AZ EN
06.07.2023, 15:00 121

Lvov raket hücumuna məruz qalıb

XƏBƏRLƏR

“İyulun 6-da gecə saatlarından başlayaraq, Ukrayna ərazisi Rusiya silahlı qüvvələri tərəfindən növbəti dəfə intensiv raket və kamikadze dronların hücumuna məruz qalıb”. Bunu “Real”TV-nin Ukrayna Bürosunun əməkdaşı Emil Hüseynli “Real”TV-yə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, paytax Kiyev şəhəri daxil olmaqla ölkənin bütün ərazisində hava həyacan siqnalı çalınıb: “Raketlərdən biri Lvov şəhərində beş mərtəbəli yaşayış binasına düşüb. Hazırda xilasetmə işləri aparılır və dağıntılar altında insanların qaldığı bildirilir. Ukrayna Daxili İşlər Nazirliyinin açıqladığı son rəqəmlərə görə 4 nəfərin həlak olduğu müəyyənləşib, onlarla insan xəsarət alıb. Ümumiyyətlə, yaşayış binasının iki mərtəbəsi, 5-ci və 4-cü mərtəbələri tamamilə dağılıb. Dağıntılar altında yenə insanların qaldığı güman edilir. Ona görə də bu rəqəmlərin dəyişəcəyi istisna edilmir. Ukrayna silahlı qüvvələrinin isə yaydığı məlumata görə, ötən gecə Rusiya silahlı qüvvələri tərəfindən  10 kaliber qanadlı raket atılıb. İlkin olaraq şimal istiqamətinə yan alsa da, qəfildən qərbə doğru istiqamətini dəyişib. Bunlardan 7 raket Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumu Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilib. Lakin 3 raketi müəyyən hədəflərə çatıb”,- deyə Emil Hüseynli vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər