15.12.2024, 05:37
AZ EN
16.05.2022, 11:50 682

Ermənistanda müxalifət yenə yolları kəsir

XƏBƏRLƏR
  • «Daşnaksütyun» partiyası ali şurasının üzvü, Ermənistan parlamentinin vitse-spikeri, «Dirəniş» hərəkatının həmtəsisçisi və koordinatoru İşxan Sağatelyan mayın 15-də bildirmişdi ki, hava şəraiti ilə əlaqədar ümumi mitinq olmayacaq. Amma mayın 16-da tezdən İrəvana 4 istiqamətdən avtoyürüş keçiriləcəkdir.

«Hraparak» TV-nin yaydığı videoçarxda görünür ki, səhər saat 8-dən başlayaraq yollarda avtoyürüş təşkil olunub. Heç bir yol qaydalarına əməl etməyən etirazçıların yol polisi ilə mübahisələri də göstərir ki, onlar nəinki mövcud siyasi reallığı, hətta adi yol hərəkəti qaydalarını belə bilmirlər. Yaşlı sürücülərdən biri onu qanuna riayət etməyə səsləyən polis kapitanının paqonlarından yarışaraq «sən əclafsan, sən erməni deyilsən»,- deyə təhqir edir. Polisin dəfələrlə «əlini çək, paqonumu burax», - deməsinə baxmayaraq etirazçı sürücü onu yenidən silkələrəyək təhqir edir. Köməyə gələn iki polis həmin sürücünün qollarını buraraq polis maşınına oturdur, kapitan isə «şöbəyə aparın»,- deyə göstəriş verir. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər