23.11.2024, 01:52
AZ EN
15.06.2023, 16:50 272

BMT: Dünyada məcburi köçkünlərin sayı rekord səviyyəyə çatıb

XƏBƏRLƏR
  • Ukraynada davam edən müharibə 2022-ci ildə əhalinin qaçqın və köçkün düşməsinin əsas faktoru olub. İl ərzində məcburi köçkünlərin sayı 21 faiz artıb.

BMT-nin qaçqınların işi üzrə agentliyinin məlumatına əsasən, dünyada köçkünlərin sayı rekord səviyyəyə çatıb. Ötən il müharibə, təqib, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən hər 74 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb.

BMT-nin məruzəsinə görə, ilin sonunadək 108,5 milyona yaxın insan öz evini tərk edəcək, 62,5 milyon nəfər məcburi köçkün vəziyyətinə düşəcək, 5,5 milyon insanın sığınacağa, daha 5 milyon nəfərin isə beynəlxalq müdafiəyə ehtiyacı olacaq.

Rusiyanın Ukraynaya təcavüzü ötən il əhalinin köçkün düşməsinin əsas səbəbidir. Əgər 2021-ci ilin sonunadək 27 min 300 nəfər qaçqın vəziyyətinə düşmüşdüsə, bir il sonra bu göstərici 5,7 milyona yüksəlib.

Planetimiz II Dünya müharibəsindən sonra ən böyük məcburi insan köçü ilə üzləşib. Onların yarıdan çoxu üç ölkənin - Suriya, Ukrayna və Əfqanıstanın payına düşür.

Məruzədə deyilir ki, 2023-cü ildə də dünyada məcburi köçkünlərin artım tendensiyasında zəifləmə müşahidə edilməyib. Bu, eyni zamanda, Sudanda hərbi əməliyyatların başlaması ilə bağlıdır.

Qaçqın qəbulunun ağırlığı ən çox orta və aşağı gəlir səviyyəsinin olduğu ölkələrin üzərinə düşür. Türkiyə və İran ümumilikdə 7 milyon qaçqına sığınacaq verib. (AZƏRTAC)

Oxşar xəbərlər