08.06.2025, 14:31
AZ EN
13.05.2022, 07:35 654

BMT: Ukrayna qaçqınlarının sayı 6 milyonu keçib

XƏBƏRLƏR
  • Fevralın 24-dən indiyədək 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.

Bu statistika BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda səslənib.

Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.

BMT ehtimal edir ki, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri keçəcək. (APA)

Oxşar xəbərlər