08.09.2024, 06:07
AZ EN
12.12.2022, 14:34 321

Şuşalı yazıçının əsərlərindən ibarət yeni kitab

XƏBƏRLƏR
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” kitabı çap olunub. Qeyd edək ki, kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb. Əlyazmaların fotofaksimilesi kitaba əlavə olunub. Ədibin müxtəlif əsərlərindən doğma şəhəri Şuşa barədə və dil haqqında elmi-ədəbi mülahizələri, dəyərli sözləri də seçilərək ayrıca təqdim edilib.

Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135 illiyi və “Şuşa İli”nə həsr olunmuş kitabın elmi redaktoru professor Nadir Məmmədlidir.

Kitabı nəşrə hazırlayan və tərtib edən, ön söz və qeydlərin müəllifi institutun Terminologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Hümmətlidir.

Mina RƏŞİD

Oxşar xəbərlər