23.12.2024, 09:43
AZ EN
16.06.2024, 20:24 180

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

XƏBƏRLƏR
  • Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan "Zəngəzur sənətkarlığı" adlı layihənin ilkin mərhələsi üzrə planlaşdırılan işlər uğurla davam etdirilir.

Bu barədə "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı məlumat verib.

Layihəyə əsasən Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, zəngin mədəni irs inciləri elementlərini özündə ehtiva edən dekorativ tətbiqi sənət nümunələrinin hazırlanması və təbliğ olunması, qardaş Türkiyədə də tanıdılması təmin edilməlidir.

Lalə Sərdarlının açıqlamasına görə, qardaş ölkədə bu dəfə "Turan Yolu-Zəngəzurum" adlı kolleksiyadan " İrəvanım", "Sərdarım", "Zəngəzurum", "Dərələyəzim", "Şərqin sədası", "Çərxi-fələk" adlı əsərlərlə yanaşı, "Şuşa baharı", "Səma naxışları", "İpək Yolu" adlı əsərlər də ilk dəfə nümayiş etdiriləcək. Adı çəkilən bütün əsərlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq komissiyaları tərəfindən sənət əsərləri kimi qiymətləndirilərək qeydiyyata alınıb. Müəllifi Sərdarlı ailəsi olan əsərlər Azərbaycan mədəniyyət tarixində ilk dəfə özləri tərəfindən yaratdıqları yeni metodologiya, yeni üslub və formatda hazırlanıb.

Qeyd edək ki, "Turan Yolu- Zəngəzurum" kolleksiyasından bəzi əsərlər ilk dəfə Azərbaycan Milli İncəsənət Muzeyində, daha sonra Bakı Yunus Əmrə İnstitutunda nümayiş etdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər