Bunu Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclasında Dövlət Dumasının deputatı Kazbek Taysayev bildirib.
O, iki ölkə arasında münasibətlərin inkişafında Azərbaycanın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz töhfəsinin olduğunu vurğulayıb: “Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında Heydər Əliyev tərəfindən əsası qoyulmuş münasibətlər uzun illər xalqlarımızın rifahına xidmət edəcək”.
Onun sözlərinə görə, iki ölkəni ortaq mədəniyyət, adət-ənənə və tarix birləşdirir: “Rusiyada insanlar Heydər Əliyevin xatirəsini unutmur və dərin ehtiramla yad edirlər”. (Report)