UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib.
“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, - UNESCO-nun paylaşımında deyilir.
Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. "Yallı (“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri" 2018-ci ilin 26 noyabr – 1 dekabrında Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.(Report)