23.11.2024, 00:48
AZ EN
06.11.2022, 07:00 303

İbrahim Əliyev: "Məqsədimiz Zəfərlə bağlı məlumatların ictimaiyyətə çatdırılmasıdır"

XƏBƏRLƏR
  • “Qələbəmizin mədəniyyət salnaməsi” adlı tədbir həyata keçirildi. Ümumiyyətlə Zəfər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və onun qurumları tərəfindən bu münasibətlə silsilə tədbirlər təşkil olunur. Gördüyünüz bu yığıncaq da həmin tədbirlərdən biridir.

Bu sözləri “Qələbəmizin mədəniyyət salnaməsi” adlı ədəbi-bədii tədbir zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev deyib. “Məqsədimiz qələbəmizin mədəniyyətlə əlaqəsinin qurulması və işıqlandırılması, həmçinin Zəfərlə bağlı məlumatların ictimaiyyətə çatdırılmasından ibarətdir. Biz artıq qələbəmizin ikinci ildönümünü qeyd edirik. Bu tədbiri Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi təşkil edib və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi olaraq biz də dəstək göstərmişik. Qeyd edim ki, bu səpkidə olan silsilə tədbirlərimiz digər başqa müəssisələrdə də davam edəcək”, - deyə İ.Əliyev bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər