Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.
Teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədi ilə həyata keçilən ustad dərsləri teatrın yaradıcı heyəti tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Onu da qeyd edək ki, layihə sözügedən tədbirlər silsiləsi çərçivəsində Ağdam Dövlət Dram Teatrında da uğurla icra olunub.
Mina RƏŞİD