İyunun 25-də (saat 17:00) Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə tərtib etdiyi "Zəfərin ruhu" adlı səyyar rəsm və foto sərgisinin açılışı olacaq.
Sərgidə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, Qarabağın gözəlliklərini əks etdirən əsərlər nümayiş olunacaq.
Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin həyətindəki konsert meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin bayram proqramı təqdim ediləcək.
Ağstafa Heydər Əliyev Mərkəzində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov tərəfindən 2-Cİ Uşaq İncəsənət Festivalının fortepiano nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçıları üçün ustad dərsinin təşkili də nəzərdə tutulur.
Hazırladı: Mina RƏŞİD