10.12.2022, 03:13
AZ EN
29.09.2022, 14:36 235

Mədəniyyət naziri Anar Kərimov Mexiko şəhərində Xocalı abidəsini ziyarət edib

XƏBƏRLƏR
  • Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 28-30 sentyabr tarixlərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak məqsədilə Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində səfərdədir.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən səfər çərçivəsində nazir A. Kərimov Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Qeyd edək ki, Mexiko şəhərinin mərkəzində olan abidə 2011-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə ucaldılıb.

Oxşar xəbərlər