“Azərxalça” ASC-dən bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Forumuna da qeydiyyatdan keçə bilər.
Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək.
Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.
Bütün suallar info@bakucarpetfest.az ünvanına yönləndirilə bilər. (AZƏRTAC)