12.03.2025, 20:23
AZ EN
04.03.2025, 20:20 165

"Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı keçirilib.

Layihənin rəhbəri, azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, tamaşaçıları Ümummilli Liderin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London və Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.

Filmdə eyni zamanda Heydər Əliyevin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində də tarixi faktlar təqdim olunur.

O xatırladıb ki, "Bir səfərin izi ilə" layihəsi çərçivəsində daha əvvəl Heydər Əliyevin İtaliya, Yaponiya və Çinə səfərlərindən bəhs olunan filmlər təqdim edilib. (Report)

Oxşar xəbərlər