10.10.2025, 02:06
AZ EN
11.12.2024, 12:18 383

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

XƏBƏRLƏR
  • Milli Kitabxanada “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, sərgidə Qarabağın incisi olan Şuşa şəhəri, gənclər siyasəti, İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan mövzularında Azərbaycan və müxtəlif dillərdə əsərlər nümayiş olunur.

Qeyd edək ki, 2023-cü il noyabrın 10-da İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Prezident İlham Əliyev “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. (AZƏRTAC)

Oxşar xəbərlər