22.12.2024, 23:30
AZ EN
05.12.2024, 17:00 122

Pakistanlı nümayəndə: Azərbaycan Şuşada keçirilən tədbiri yüksək səviyyədə təşkil edib

XƏBƏRLƏR
  • Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı olan Şuşada keçirilən tədbiri yüksək səviyyədə təşkil edib.

Bunu Pakistandan olan nümayəndə Komal Sohaib "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu tədbir gənclərin düzgün istiqamətdə inkişafı üçün atılan ən böyük addımlardan biridir:

"Belə bir böyük tədbirdə olmaq mənim üçün fəxrdir. Həqiqətən, 57 ölkənin təmsilçilərini bir araya gətirmək heç də asan iş deyil. Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil etdi. Burada əldə etdiyimiz təcrübələrlə öz ölkəmizdəki gənclərə dəstək ola bilərik".

O, Şuşa şəhəri haqqında da fikirlərini bölüşüb: “Onu deyə bilərəm ki, Şuşa şəhəri Azərbaycanın mirvarisidir”. (Report)

Oxşar xəbərlər