Səhnə əsərinin quruluşçu rejissoru Sultan Sraulov, bəstəkarı Ruslan Şunukulov, quruluşçu rəssamı Kanat Maksutov, baletmeysteri Gaziza Alimbayevadır.
Tamaşada rolları Qazaxıstan Respublikasının mədəniyyət nümayəndəsi Kayrat Murzabolatov, Aslanbek Şaysultanov, Namus Maksatuli, Umutcan Axmetova, Gulnur Kojanova, Diyana Otalipova, Asem Şaysultanova, Nurlibek Tileules və Ercan Aubakirov oynayıblar.
“Göytürklər” tamaşası bugünkü zamanın ruhuna uyğun olaraq, Göytürk xaqanlığının 630-cu illərdə Çinə qarşı müharibəsindən bəhs edir. Keçmiş zamanlarda atalar müharibələrdə əllərində silah vuruşurdular, amma indi bu, görünməz informasiya müharibəsidir. Tamaşada günümüzün saxtakarlığı və xəyanəti, bu müharibələrdə insanların başına gətirilən bəlalar əks etdirilir. Tamaşa türk xalqları üçün ortaq dəyərləri təqdim edir və xalqları birliyə səsləyir.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Festival çərçivəsində dekabrın 4-də Özbəkistan Respublikasının Səmərqənd Vilayəti Musiqili Dram Teatrı teatrsevərlərə “Eşq vadisi” tamaşasını təqdim edəcək. (AZERTAC)