17.06.2025, 17:16
AZ EN
15.10.2024, 11:42 330

Rəhman Hacıyev: "Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulmasına maliyyə dəstəyi ayrılır"

XƏBƏRLƏR
  • Ağdamda Şahbulaq qalasının ətrafında turizm infrastrukturunun qurulması işlərinə maliyyə dəstəyi ayrılır.

Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə müxtəlif layihələr icra olunur: "Əksər layihələr digər dövlət qurumlarının sifarişi ilə həyata keçirilən layihələrdir ki, Fond tərəfindən maliyyələşir. Bu layihələrdən biri də Ağdamda "İmarət" Kompleksinin yenidənqurma və bərpasıdır". (Report)

Oxşar xəbərlər