O, qeyd edib ki, Xankəndidə Qarabağ Univerisitetinin qurulması olduqca əhəmiyyətli hadisədir: “Doğulduğum yerlərə yeni nəfəs qayıdır. Bu hadisə bütün dünya azərbaycanlıları üçün çox böyük sevindirici andır. Qürurla deyə bilərik ki, Böyük “Qayıdış”ın əsasında elm, təhsil və sənət Xankəndidən dünyaya yayılacaq. Qarabağ Universiteti elm və təhsillə yanaşı, həm də incəsənətin inkişafına töhfə verəcəkdir.
İncəsənətə marağı olan gəncləri Qarabağ Universitetində təhsil almağa səsləyirəm. Çünki incəsənətin, muğamın beşiyi Qarabağdır. Birlikdə Qarabağa qayıdaq, Xankəndini canlandıraq”- deyə F.Manafov əlavə edib.
Tahirə AĞAMİRZƏ