Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq, qonaqları salamlayıb. Şəhidlərimizin əziz xatirəsi anılıb, Himnimiz səsləndirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək bildirib ki, həyata keçirdiyimiz layihələrin əsas məqsədi milli dəyərlərimizi, keçmiş adət-ənənələrimizi gələcəyə daşımaqdır. Ulu nənələrimizin abır, ismət rəmzi olan kəlağayının ululuğunu, müqəddəsliyini gənc nəslə aşılamaq üçün belə təbliğatlar çox vacibdir. Mirvarid Dilbazi Poeziya Məclisi İB olaraq Xətai rayonunda, Şuşada ''İlk Kəlağayı Festivalı'' - nın keçirilməsinə imza atdıq. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali məktəblərdə, ümumtəhsil məktəblərində, regionlarda ''Sazlı, sözlü kəlağayı günləri'' adlı konsertlər keçirdik, qədim kəlağayıların sərgisini təşkil etdik. Vüsal Sehranoğlu çıxışının sonunda milli dəyərlərimizə maddi dəstək ayrdığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi.
Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva öz çıxışında kəlağayı haqqında xatirələrindən danışdı və gözəl ifaları ilə tamaşaçıların könlünü oxşadı.
Daha sonra tədbir “Qarabağ'' aşıq qrupu ilə davam edib.
Mina RƏŞİD