- "Şuşada keçirilən muğam televiziya müsabiqəsində birinci yerə layiq görülmək mənim üçün fəxrdir. Bu hissləri sözlə ifadə etmək çox çətindir". VIII Muğam müsabiqəsinin Şuşada keçirilən final mərhələsində birinci yerə layiq görülmüş Fuad Əzizzadə belə deyib.
“Çox xoşbəxtəm ki, doğma Şuşamızda muğam müsabiqəsi keçirildi və qalib oldum. Çox qürurverici hissdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm. Allah Ali Baş Komandanımızı, ordumuzu qorusun” – deyə gənc xanəndə bildirib.