Bakı Musiqi Akademiyasından bildirilib ki, müsabiqə qalibləri arasında Amerika, Yaponiya, Çindən olan bəstəkarlar da var.
Şəhidə ithaf edilən əsərdə qəhrəmanın ürək döyüntüləri, mübarizəsi və ölümü əks olunub.
Qeyd edək ki, müəllif musiqi bəstələməyə 13 yaşından başlayıb. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Pikə Axundovanın sinfində ilk bəstəkarlıq təhsilini alıb. Eyni zamanda o, Kəmalə Şıxəliyeva, Nəzakət Heydərova, Ayaz Qəmbərli, Yulizana Kuxmazovanın da dərslərində iştirak edib. Məktəbdə oxuduğu illərdə fortepiano üçün pyeslər, violin və fortepiano üçün miniatürlər, simli orkestr üçün “Zülmətin rəqsi”, klarnet və fleyta üçün 7 miniatür və digər əsərlər yazıb.
Hələ məktəbdə oxuduğu illərdə Türkiyədə Caspiart, Rusiyada “Stars project” müsabiqələrində iştirak edib. Bakı Musiqi Akademiyasında oxuduğu illərdə Nizami Gəncəviyə həsr olunmuş Romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının qalibi (2-ci yer), “Bəstəkarlar üçün çağırış” müsabiqəsinin qaliblərindən biri olub.
Hazırladı: Mina RƏŞİD