17.06.2025, 08:30
AZ EN
03.06.2024, 17:43 332

Bu gün Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi başlayıb

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi öz işinə başlayıb. 150-dən çox vokalçının qələbə uğrunda yarışacağı müsabiqədə 18-36 yaş arasında ifaçılar iştirak edir.

Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən müsabiqənin iştirakçı coğrafiyası da genişdir. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən olan vokalçılar bir həftə ərzində Bülbül adına müsabiqənin mükafatları uğrunda məharətlərini göstərəcəklər.

Müsabiqənin baş mükafatının məbləği 10 min ABŞ dolları, birinci yer üçün mükafat 7 min dollar, II və III yer üçün mükafatların məbləği isə müvafiq olaraq 5 və 3 min dollardır.

Müsabiqənin dinləmələri Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Qaliblərin mükafatlandırılması və onlarla birlikdə dəvətli vokalçıların da çıxış edəcəyi qala-konsert isə iyunun 9-da Bülbülün doğma şəhəri Şuşada olacaq.

Müsabiqənin münsiflər heyətinin sədri dünya şöhrətli tenor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovdur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR