08.09.2024, 07:34
AZ EN
27.04.2024, 14:31 168

Ulu Öndərin yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək

XƏBƏRLƏR
  • Mayın 1-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.

Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

Qeyd edək ki, konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər