Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş və digər sahələr üzrə mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar aparılacaq.
Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri, Azərbaycanda daşınan mədəni irs: muzey işi və müasir çağırışlar, qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar, təsviri sənət və müasir çağırışlar, mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri mövzuları üzrə panellər təşkil olunacaq. Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi ediləcək.
Forumda iştirak etmək istəyən şəxslər 10 dekabr 2023-cü il tarixinədək onlayn müraciət forması (https://culture.az/medeniirsforumu) ilə qeydiyyatdan keçə bilərlər.
Hazırladı: Mina RƏŞİD